Brend Haqqında
Turboo -Euro- beynəlxalq səviyyədə tanınan, turniket sistemləri, üz tanıma texnologiyaları və giriş-nəzarət avadanlıqları istehsal edən bir brenddir. Şirkət Şenzhen (Çin) şəhərində yerləşən müasir istehsal gücünə malikdir və dünyanın bir çox ölkəsinə məhsul ixrac edir.
Turboo -Euro- brendinin məhsulları yüksək keyfiyyət standartlarına cavab verir, uzunömürlü materiallardan hazırlanır və müasir texnologiyalarla (üz tanıma, barmaq izi, RFID kart oxuyucuları və s.) inteqrasiya oluna bilir. Brend ofislər, zavodlar, ictimai binalar, idman kompleksləri və digər obyektlər üçün etibarlı giriş-nəzarət həlləri təqdim edir.
Bakuvi Solutions olaraq Turboo -Euro- məhsullarını Azərbaycan bazarına təqdim edir və müştərilərimizə keyfiyyətli, sərfəli və etibarlı təhlükəsizlik həlləri təklif edirik.