Bakuvi Solutions MMC və ABV arasında imzalanan rəsmi tərəfdaşlıq müqaviləsi şirkətimizin xidmət portfelinin daha da genişlənməsinə mühüm töhfə verəcək. Əməkdaşlıq çərçivəsində videomüşahidə sistemləri, girişə nəzarət, şəbəkə avadanlıqları, server həlləri və digər peşəkar İT məhsullarının satışı, quraşdırılması və texniki dəstəyi həyata keçiriləcək.
Bu tərəfdaşlıq sayəsində müştərilərimiz beynəlxalq standartlara cavab verən məhsullar və etibarlı texnoloji həllərlə təmin olunacaq. Bakuvi Solutions olaraq gələcəkdə də etibarlı tərəfdaşlıqlar quraraq müştərilərimizə innovativ və peşəkar xidmətlər təqdim etməyə davam edəcəyik.