Mobil telefonların gündəlik həyatımızda əvəzolunmaz rol oynadığı müasir dövrdə onların qorunması da xüsusi əhəmiyyət kəsb edir. Bakuvi Solutions bu ehtiyacı nəzərə alaraq telefon aksesuarları kateqoriyasını genişləndirib və 40-dan çox yeni telefon kaburasını satışa təqdim edib.
Yeni məhsul çeşidinə silikon, şəffaf, zərbəyə davamlı, maqnitli və premium dizaynlı kaburalar daxildir. Məhsullar müxtəlif smartfon modelləri ilə uyğunluq təşkil edir və həm cihazın təhlükəsizliyini təmin edir, həm də estetik görünüşünü tamamlayır.
Müştərilər geniş seçim imkanlarından yararlanaraq öz zövq və tələblərinə uyğun kaburaları rahat şəkildə seçə bilərlər. Bakuvi Solutions gələcəkdə də müasir texnologiyalar və aksesuarlar üzrə məhsul çeşidini artırmağa davam edəcək.