AZ | RU | EN

Səbət

Səbət boşdur

Sevimlilər

Favorit yoxdur

Müqayisə

Məhsul yoxdur

Bakuvi Solutions “Dahua Technology Day 2026” tədbirində | Bakuvi Solutions
Xəbərlər

Bakuvi Solutions “Dahua Technology Day 2026” tədbirində iştirak etdi

Bakuvi Solutions olaraq Four Seasons Hotel Baku-da keçirilən “Dahua Technology Day 2026” tədbirində iştirak etdik. Tədbirdə Dahua-nın yeni nəsil təhlükəsizlik və süni intellekt texnologiyaları təqdim olundu.

Azer Dadashev 06 Sentyabr 2026 48 baxış
Bakuvi Solutions “Dahua Technology Day 2026” tədbirində iştirak etdi

Bakuvi Solutions olaraq “Dahua Technology Day 2026” tədbirində iştirak etdik.

Four Seasons Hotel Baku-da keçirilən tədbirdə Dahua Technology-nin prezidenti, sahənin aparıcı mütəxəssisləri, tərəfdaşlar və təhlükəsizlik texnologiyaları üzrə peşəkarlar bir araya gəldi.

Tədbir çərçivəsində Dahua-nın ən yeni texnologiyaları və müasir təhlükəsizlik həlləri təqdim olundu:

  • CCTV və yeni nəsil video-müşahidə sistemləri;
  • AI və ağıllı kamera texnologiyaları;
  • Biometrik identifikasiya və girişə nəzarət sistemləri;
  • Turniket və keçid sistemləri;
  • Siqnalizasiya və inteqrasiya olunmuş təhlükəsizlik həlləri;
  • Biznes və şəhər təhlükəsizliyi üçün smart həllər.

Dahua və Avisec şirkətlərinin birgə təşəbbüsü ilə təşkil olunan tədbir yeni texnologiyalarla yaxından tanış olmaq, peşəkar əlaqələri gücləndirmək və müştərilərimiz üçün daha effektiv təhlükəsizlik həlləri formalaşdırmaq baxımından Bakuvi Solutions üçün dəyərli platforma oldu.

Bakuvi Solutions olaraq müasir texnologiyaları yaxından izləyir, innovativ həlləri araşdırır və müştərilərimizə onların ehtiyaclarına uyğun təhlükəsizlik və rəqəmsallaşdırma həlləri təqdim etməyə davam edirik.

Bakuvi Solutions — texnologiyanı təhlükəsizliklə birləşdiririk.

 

View this post on Instagram

A post shared by Dadashev Azər Bakuvi (@azardadashoff)