AZ | RU | EN

Səbət

Səbət boşdur

Sevimlilər

Favorit yoxdur

Müqayisə

Məhsul yoxdur

Bakuvi Solutions ZKTeco rəsmi sertifikatını əldə etdi | Bakuvi Solutions
Xəbərlər

Bakuvi Solutions ZKTeco tərəfindən rəsmi sertifikat və istehsalçı səlahiyyəti əldə edib

Bakuvi Solutions MMC ZKTeco tərəfindən rəsmi Manufacturer Authorization sənədi əldə edib. Bununla yanaşı, şirkətin texniki mütəxəssisləri ZKTeco-nun rəsmi texniki təlimini uğurla tamamlayaraq beynəlxalq sertifikatlara layiq görülüblər. Bu şirkətin peşəkarlığını və etibarlılığını təsdiqləyir

Azer Dadashev 23 İyul 2026 47 baxış
Bakuvi Solutions ZKTeco tərəfindən rəsmi sertifikat və istehsalçı səlahiyyəti əldə edib

Bakuvi Solutions MMC təhlükəsizlik və girişə nəzarət sistemləri sahəsində beynəlxalq əməkdaşlıqlarını genişləndirməyə davam edir. Şirkətimiz dünyanın aparıcı təhlükəsizlik texnologiyaları istehsalçılarından biri olan ZKTeco CO., LTD. tərəfindən rəsmi Manufacturer's Authorization (İstehsalçı Səlahiyyəti) sənədini əldə edib.

Bu səlahiyyət sənədi Bakuvi Solutions MMC-yə ZKTeco məhsulları üzrə layihələrdə iştirak etmək, tenderlərə qatılmaq, rəsmi məhsul tədarükü həyata keçirmək və istehsalçı dəstəyi ilə kompleks həllər təqdim etmək hüququ verir. Eyni zamanda ZKTeco şirkəti təqdim olunan məhsullar üzrə zəmanət, texniki dəstək və satışdan sonrakı xidmətlərin təmin ediləcəyini təsdiqləyir.

Bununla yanaşı, Bakuvi Solutions şirkətinin texniki mütəxəssisləri ZKTeco tərəfindən təşkil olunan rəsmi texniki təlim proqramını uğurla başa vuraraq Technical Training Completion Certificate sertifikatına layiq görülüblər. Təlim çərçivəsində əməkdaşlarımız biometrik identifikasiya, girişə nəzarət sistemləri, turniketlər, lift nəzarəti, vaxt və davamiyyət həlləri, proqram təminatı və avadanlıqların quraşdırılması, sazlanması və texniki dəstəyi üzrə nəzəri və praktiki biliklər əldə ediblər.

Bu sertifikatlar komandamızın ZKTeco həllərinin layihələndirilməsi, quraşdırılması, inteqrasiyası və texniki dəstəyi sahəsində beynəlxalq standartlara uyğun bilik və bacarıqlara malik olduğunu təsdiqləyir.

Bakuvi Solutions olaraq müştərilərimizə yalnız keyfiyyətli avadanlıq deyil, eyni zamanda istehsalçı tərəfindən təsdiqlənmiş peşəkar xidmət təqdim etməyə davam edəcəyik.