Bakuvi Solutions şirkətinin rəsmi açılış tədbiri uğurla keçirildi. Tədbirdə iştirak edən qonaqlar şirkətin fəaliyyət istiqamətləri, təqdim etdiyi texnoloji həllər və gələcək planları ilə yaxından tanış oldular.
Açılış zamanı təhlükəsizlik sistemləri, IP kamera həlləri, biometrik təhlükəsizlik sistemləri, web və mobil tətbiq xidmətləri, SMM və media xidmətləri, eləcə də sistem avtomatlaşdırılması sahəsində təqdimatlar edildi. Şirkət nümayəndələri tərəfindən Bakuvi Solutions-un missiyası və gələcək hədəfləri haqqında məlumat verildi.
Tədbirin sonunda açılış tortu kəsildi və qonaqlarla xatirə şəkilləri çəkildi. Bakuvi Solutions olaraq məqsədimiz müasir texnologiyaları daha əlçatan etmək və fərdi şəxslərə, bizneslərə innovativ IT həlləri təqdim etməkdir.