Bakuvi Solutions komandası olaraq Mehdiabadda yerləşən həyət evində 4 ədəd TP-Link IP kamera sistemi quraşdırdıq. Yeni ev alan müştərinin istəyinə uyğun olaraq kameralar həyəti, evin arxa hissəsini və küçə istiqamətini tam nəzarətdə saxlamaq üçün yerləşdirildi.
Quraşdırma prosesindən əvvəl müştərinin bütün tələbləri dinlənildi, əraziyə baxış keçirildi və dəqiq ölçü-hesablama işləri aparıldı. Daha sonra kabel xətləri çəkilərək IP kameralar professional şəkildə montaj edildi və sistem tam aktiv vəziyyətə gətirildi.
Bakuvi Solutions olaraq fərdi evlər, obyektlər və ofislər üçün təhlükəsizlik həlləri təqdim edirik. Təkliflərimiz müştərinin ehtiyacına uyğun şəkildə planlaşdırılır və həm keyfiyyətli, həm də uzunömürlü sistemlər qurulur.