Şirkət Haqqında
"Ego Technology" MMC rəsmi olaraq 2018-ci ildə təsis edilsə də, komandanın peşəkar fəaliyyəti və sektor təcrübəsi 2005-ci ilə dayanır. Yarandığı qısa müddət ərzində şirkət çoxsaylı uğurlu layihələrə imza ataraq sənayedə özünəməxsus yer tutmuşdur. Müştəri məmnuniyyətini və yüksək keyfiyyət standartlarını əsas prinsip hesab edən müəssisə, hər bir tapşırığa fərdi və peşəkar yanaşma nümayiş etdirir.
Şirkət rəhbərliyi qlobal texnoloji inkişafları və bazarın müasir tələblərini yaxından izləyərək, güclü maliyyə-inzibati təcrübəsi ilə sektorda lider mövqeyini qoruyub saxlayır. Zəngin təcrübəyə malik mühəndis heyəti və ən son texnoloji avadanlıqlar "Ego Technology"nin rəqabət üstünlüyünün əsasını təşkil edir. Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən verilmiş zəruri lisenziya və sertifikatlara sahib olan şirkət, bütün öhdəliklərini vaxtında və yüksək səviyyədə yerinə yetirərək ciddi nüfuz qazanmışdır.