Şirkət Haqqında
TechnoVision MMC ZKTeco brendinin Azərbaycanda rəsmi distribyutoru olaraq biometrik giriş-çıxış sistemləri, işçi davamiyyətinin idarə edilməsi, təhlükəsizlik həlləri və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. 10 ildən artıq təcrübəyə malik İT mütəxəssisləri tərəfindən yaradılan şirkət dövlət və özəl sektor üçün innovativ texnologiyalar, mühəndislik həlləri və sistem inteqrasiyası xidmətləri təqdim edir.
Şirkətin sertifikatlı mütəxəssisləri aparıcı beynəlxalq istehsalçıların təlim proqramlarında mütəmadi iştirak edir və müasir texnologiyalardan istifadə etməklə müxtəlif mürəkkəblikdə layihələri uğurla həyata keçirirlər. TechnoVision müştərilərinin biznes proseslərini optimallaşdırmağa, əməliyyat xərclərini azaltmağa və rəqəmsal transformasiya prosesini sürətləndirməyə yönəlmiş etibarlı həllər təqdim edir.