Şirkət Haqqında
Texnologiya Transfer Mərkəzi (TTM) tədqiqat, sənaye və innovasiya ekosistemini birləşdirən aparıcı təşkilatlardan biridir. Mərkəz dövlət qurumları, ali təhsil müəssisələri, korporativ şirkətlər və startaplarla əməkdaşlıq edərək innovativ ideyaların bazar tələblərinə uyğun texnologiya və məhsullara çevrilməsini dəstəkləyir. Texnologiyaların kommersiyalaşdırılması, innovasiya layihələrinin idarə olunması, tərəfdaşlıq əlaqələrinin qurulması və elmi nəticələrin real sektora inteqrasiyası TTM-nin əsas fəaliyyət istiqamətlərindəndir.