Biznesin növbəti halı burada idarə olunur
Qiymət, stok, kassa, xərc və büdcə — bir sistemdə. Mağazanızın paneli, kassirin Windows proqramı, sizin nəzarətiniz.
Kassa çeki
Panel və kassa eyni dildə danışır.
BizNeX nə edir?
Gündəlik iş üçün, hesabat üçün yox. Modulu seçin — nə verdiyini görün.
Kassa
Barkod, nisyə, endirim/artım icazəsi, nağd giriş-çıxış və Z-hesabat. İnternet kəsilsə də satış dayanmır — satış lokalda yazılır, internet qayıdanda serverə göndərilir.
Siz: növbə açır, barkodu oxudur, çeki çıxarır — gün sonunda Z-hesabat hazırdır.
Stok
Mədaxil, transfer, sürətli say düzəlişi və kritik qalıq. Filiallar bir-birinin anbarını görə bilər — yalnız icazə ilə.
Siz: kritik qalığı əvvəlcədən görür, mədaxili və transferi bir neçə kliklə yazır.
Qiymət
Pərakəndə, topdan və müştəriyə görə faiz. Kassir yalnız icazə verilərsə qiyməti dəyişir, üstəlik limit də qoymaq olur.
Siz: qiymətə tam nəzarət edir, kassirə isə yalnız lazım olan qədər səlahiyyət verir.
Xərc və büdcə
Kateqoriyalı xərclər, qəbz/PDF və günlük mənfəət. Nəyin getdiyini gizlətmir.
Siz: pulun hara getdiyini kateqoriya üzrə və günlük mənfəətlə birlikdə görür.
Çox filial
Bir şirkət, bir neçə mağaza. Master panel hər müştərini ayrı saxlayır — məlumat qarışmır.
Siz: bütün filialları bir paneldən idarə edir, hər şirkətin datası öz dairəsində qalır.
Dəstək
Paneldən ticket yazırsınız, biz cavab veririk. Xəta, təklif, təcili iş — bir yerdə.
Siz: telefon və mesajlarda itmədən, bir yerdə ticket açır və cavab alır.
Bir satışın yolu
Növbənin açılmasından gün sonu hesabatına qədər — hər addım qeydə alınır.
Növbə açılır
Kassir başlanğıc nağdı yazır və növbəni açır. Bu andan hər əməliyyat onun adına qeyd olunur.
Məhsul çekə düşür
Barkod oxudulur, qiymət və qalıq avtomatik gəlir.
Endirim (icazə varsa)
Endirim və ya artım yalnız admin paneldən icazə verilibsə və limit daxilindədirsə açılır.
Satış qeydə alınır
Satış lokalda yazılır. İnternet qayıdanda serverə göndərilir — heç nə itmir.
Gün bağlanır
Z-hesabat, kassa balansı və günlük mənfəət hazırdır. Sahibkar hər şeyi paneldən görür.
Windows kassa proqramı
Kassirin işi üçün sadə, sizin nəzarətiniz üçün güclü.
Tək exe
İstənilən qovluqdan açılır — quraşdırma marafonu yoxdur.
Yol dəyişəndə problem yox
Proqramı başqa qovluğa köçürəndə yenidən quraşdırma tələb etmir.
Yeni versiya şəbəkədən
Yenilənmə şəbəkədən gəlir, kassaya tək-tək getmək lazım deyil.
Offline işləyir
İnternet kəsilsə də satış davam edir, sonra avtomatik göndərilir.
Paketlər
Aylıq və ya illik. Qiymət master paneldən dəyişir.
Tək mağaza üçün əsas paket.
- Filial: 1
- İstifadəçi: 3
- Məhsul: 1000
- Kassa proqramı (Windows)
- Stok və məhsul idarəsi
- Günlük Z-hesabat
- E-poçt dəstəyi
Böyüyən bizneslər üçün — çox filial və geniş hesabatlar.
- Filial: 5
- İstifadəçi: 15
- Məhsul: 20000
- Filiallararası stok transferi
- Nisyə və müştəri borcu idarəsi
- Kassir icazələri və qiymət limitləri
- Detallı hesabatlar və audit jurnalı
- Prioritet dəstək
Şəbəkə mağazaları üçün limitsiz paket.
- Filial: limitsiz
- İstifadəçi: limitsiz
- Məhsul: limitsiz
- Fərdi hesabat və inteqrasiya
- Öz logo və brend adı
- Xüsusi hesab meneceri
- 24/7 dəstək
Hesab açıq qeydiyyatla açılmır. Müraciət gəlir, şirkəti və girişi master paneldən biz yaradırıq. Ödəniş nağd/kart — onlayn şlüz sonra.
Necə başlayım?
Üç addım — qalanını komanda həll edir.
Müraciət göndərin
Saytda müraciət formasını doldurun və ya paketi seçib “Bu paketi soruş” düyməsinə basın.
Biz hesabı yaradırıq
Komanda şirkətinizi və giriş məlumatlarını master paneldən yaradır.
Kassanı açın
Windows proqramını qurun, növbəni açın və ilk satışı edin.
Tez-tez soruşulanlar
Kassa internet olmadan işləyir?
Bəli. Satış lokalda yazılır, internet qayıdanda serverə göndərilir.
Kassir qiyməti dəyişə bilər?
Default yox. Admin paneldən “qiymət dəyişikliyi” icazəsi veriləndə endirim və ya artım aça bilər. Limit də qoymaq olur.
Bir neçə mağaza olar?
Bəli. Paket limitinə görə filial, istifadəçi və məhsul sayı dəyişir.
Məlumatlarım başqa mağazaya görünür?
Xeyr. Hər şirkətin datası öz dairəsindədir. Master panel yalnız abunə, dəstək və texniki idarə üçündür.
Kassa neçə manatla açılır?
Növbə başlayanda kassir əlindəki nağdı yazır. Gün ərzində satışdan əlavə pul giriş/çıxış da qeyd olunur — icazə varsa.
Biznesinizin növbəti halına keçin
Müraciət göndərin — şirkətinizi və girişi biz yaradaq.
Müraciət et →A product by Bakuvi Solutions
Azer Dadashev

